Hüseyn Bağırov Ağdaşda sakinləri qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax və Mingəçevirdə yaşayan vətəndaşlarla görüşüb. APA TV-nin yerli bürosunun xəbərinə görə,  nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb. Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

 

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov