Qaxda yaşayış evi və tövlə yanıb
Qaxda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində, Valeh Məmmədova məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində və ona bitişik mal tövləsində qeydə alınıb. Hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 40 kv/m sahədə, mal tövləsi və tövlənin damına yığılmış 500 kiloqram ot bağlaması yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi və həyətdəki digər yaşayış evi, tövlədəki heyvanlar yanğından xilas edilib. İlkin ehtimala görə, yanğının evdə olan odun sobasından düşüb.
Faktla bağlı araşdırma aparılır.