DGK sədri Naftalanda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri general-leytenantı Aydın Əliyev Naftalanda vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, görüşdə Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarından vətəndaşlar iştirak edib. Qaldırılan məsələlərin əksəriyyətin yerindəcə həlli edilməsi üçün komitə sədri tapşırıq verib.
Bəzi müraciətlərin həll edilməsi üçün komitənin müvafiq idarə və strukturlarına həvalə edilib: "Müraciətlərdən biri gömrük rəsmiləşdirilməsi, ikisi "Avro 4" standartlarına cavab verməyən maşınlarının idxalı ilə bağlı idi. Qalan məsələlər isə kadr məsələləri - işədüzəlmə, iş yerini dəyişmə ilə əlaqədardır".
Növbəti il gömrük orqanlarının modernləşdirilməsi prosesinin daha da sürətlənəcəyini deyən Aydın Əliyev bildirib ki, 2015-ci ildə komitənin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Komitə sədri bildirib ki, gələn il Gömrük Akademiyasının tikilməsi planlaşdırılır.