Tanımadığı adamı bıçaqlayan Bakı sakini 2 ay sonra polisə təslim olub
Bakıda tanımadığı şəxsi bıçaqladığına görə axtarışda olan Ruslan Babayev saxlanılıb. APA TV-nin xəbərinə görə, o, Bakı sakini Bilal Rzayevi bıçaqlamaqda təqsirləndirilir. 2 ay axtarışda olan əvvəllər məhkum olunmuş şəxs Suraxanı rayon Polis İdarəsinə gedərək, polisə təslim olub. Ruslan Babayev gec-tez tutulacağını bildiyi üçün könüllü təslim olduğunu deyib.
RPİ-nin müstəntiqi Raqib Rəhimov bildirib ki, 28 yaşlı Ruslan Babayev hadisəni törədəndən sonra Lənkəranda, dostunun evində gizlənib. Hadisənin hansı şəraitdə baş verməsinə gəlincə, müstəntiq bunları deyib: "Hadisədən bir saat əvvəl onlar arasında mübahisə düşüb. Ruslan telefon nömrəsini istəyib və görüş təyin ediblər. Nömrəyə zəng edib onunla görüşmək istədiyini bildirib".
Həmin şəxslər görüşüblər, təkrar mübahisə ediblər. Bu zaman Ruslan Babayev Bilal Rzayevə bir bıcaq zərbəsi vurub. Yaralını ətrafda olanlarla bərabər xəstəxanaya aparıb. Daha sonra isə hadisə yerindən qacıb. Həkimlərin köməyi ilə yaralının həyatını xila etmək mümkün olub.
Ruslan Babayev deyib ki, peşmandır: "İki uşağı var, gərək, dillə həll edəydim".
Faktla bağlı araşdırma aparılır.