Sabirabadda maşın qoyun sürüsünə girib, 17 heyvanı tələf olub
Sabirabadda baş verən yol qəzasında çoxlu sayda xırda buynuzlu heyvan tələf olub. APA TV-nin Mil-Muğan bürosuna BDYPİ-dən verilən məlumata görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Bakı şəhərində məskunlaşan Füzuli rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədov Xəqani Yaşar oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qoyun sürüsünü vurub. Nəticədə Qaragüney kənd sakini Abdullayev Orucəliyə məxsus 17 qoyun tələf olub. Heyvan sahibinə 4 min manatdan çox maddi ziyan dəyib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.