İŞİD lideri bombardmanlarda öldü

İŞİD terror qruplaşmasının liderlərindən Həsən Səid əl-Cəburi öldürülüb. APA TV-nin məlumatına görə, əl-Cəburi Mosul ətrafına endirilən hava zərbələri nəticəsində dünyasını dəyişib. Xatırladaq ki, bir ay əvvəl “İŞİD”in Mosuldakı qruplaşmalarının lideri Radvan Talib Əl-Həmduni hava hücumları zamanı ölmüşdü. 

Hazırda beynəlxalq koalisiya qüvvələrinə məxsus aviasiya birləşmələri İŞİD-in mövqelərinə zərbələr endirməkdə davam edir. Dünən terrorçuların İraq və Suriyadakı mövqelərinə 31 hava zərbəsi endirilib.

Müəllif | Apa.Tv
Apa.tv