Türkiyə prezidentini təhqir edən şagird azadlığa buraxıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmək iddiası ilə həbs edilən 16 yaşlı gənc sərbəst buraxılıb.

 

APA TV-nin məlumatına görə, Məhəmməd Əmin Altınsəs azad edilsə də o, məhkəmə qarşısına çıxarılacaq. Günahı təsdiqlənərsə, lisey şagirdinə 4 ilədək həbs cəzası kəsilə bilər. Gənc prokurorluğa verdiyi açıqlamada prezidenti təhqir etmək niyyətində olmadığını deyib.
 

Baş nazir həbs barədə qərarı müdafiə edib, müxalifət isə həbsi pisləyib. Konyadakı məhkəməni tərk edərkən gənc mübarizəni davam etdirəcəyini bildirib.
 

Qeyd edək ki, iddialara görə, CHP-nin gənclər təşkilatının Konya şəhərində keçirdiyi tədbirdə hökuməti korrupsiyada ittiham edən Məhəmməd Əmin Altınsəs prezidenti təhqir edib. Türkiyə qanunlarına görə, prezidenti təhqir etmək cinayət sayılır.

 

Müəllif | Apa.Tv