Yanvarın 4-də insanlar bir neçə saniyə quş kimi havada qalacaqlar
2015-ci ilin ilk günlərində Yer kürəsində qeyri-adi təbiət hadisəsi baş verəcək. APA TV-nin məlumatına görə, planetimizin sakinləri bir neçə saniyə quş kimi havada qala biləcəklər. Britaniyalı alimlərin iddiasına əsasən, bu hadisə yanvarın 4-də Bakı vaxtı ilə saat 20:47-də baş verəcək. Bu hadisənin 100 ildə bir dəfə baş verdiyi bildirilir. Britaniyalı astronom Patrik Murun sözlərinə görə, bu hadisəyə səbəb planetlərin kiçik paradı zamanı Yupiterlə Plutonun bir sırada düzülməsi və nəticədə Yerin cazibə qüvvəsinin azalmasıdır. Alim insanların həmin vaxt göyə tullanarkən 3-4 saniyə havada qalacaqlarını iddia edir.