Ukraynada separatçılarla hərbi əsirlər belə dəyişdirildi - REAL GÖRÜNTÜ

Ukraynada hərbi əsirlərin dəyişdirilməsinin növbəti mərhələsi başa çatıb. Proses Donetsk vilayətinin Yasnovato yaşayış məntəqəsinin ərazisindəki blokpostda həyata keçirilib. APA TV-nin Ukrainforma istinadən verdiyi məlumata görə, Ukrayna tərəfi Donbasda döyüşən separatçılardan 222 nəfəri "Donetsk Xalq Respublikası"nın nümayəndələrinə təhvil verib. Bunun müqabilində Ukraynanın 146 hərbiçisi qarşı tərəfə qaytarılıb. Bu, Ukraynadakı münaqişə dövründə ən irimiqyaslı təhvil-təslim əməliyyatıdır. Ukrayna prezidentinin mətbuat xidmətinin rəhbəri Svyotaslav Tseqolko bildirib ki, daha 4 nəfər hərbiçi sabah azad olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv