Fatmayıda güclü partlayış olub, yaralananlar var - VİDEO - YENİLƏNİB

Abşeronda yaşayış evində partlayış olub. APA TV-nin məlumatına görə, hadisə Fatmayı kəndində qeydə alınıb. Üçmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində ev dağılıb və mənzildə olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. 

Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər XəstəxanasındanAPA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan şəxslər 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Fərasət oğlu, 1999-cu il təvəllüdlü Kərimzadə Uğur Tərməz oğlu və 2013-cü il təvəllüdlü Kərimzadə Məhəmməd Məhərrəm oğludur.

Xəstəxanadan bildiriblər ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 2 nəfəri təcili yardımla Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv