Salyanda avtomobil qəzası: 2 yaralı

Salyan rayonunda 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ələt-Astara magistralının 15-ci kilometrliyində Salyanın Xıdırlı kəndi ərazisində qeydə alınıb. Neftçala rayon sakini, 30 yaşlı Coşqun Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə sürücü və yanındakı sərnişin Bakı şəhər sakini, 32 yaşlı Amil Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara ilk tibbi yardım göstərilib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı