Şamaxıda evdə partlayış olub, 2 uşaq anası yanıb

Şamaxıda bir nəfərin ağır yanıq xəsarətləri alması ilə nəticələnən partlayış baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Axundov küçəsindəki 68 saylı mənzildə qeydə alınıb. Ev sahibi, 1971-ci il təvəllüdlü Hüseynova Nigar Səlim qızı hamam otağındakı su qızdırıcısını işə salmaq istəyərkən kustar üsulla hazırlanan qurğunun içərisinə dolan qaz alışaraq partlayışa səbəb olub. Hadisə zamanı Nigar Hüseynova bədəninin müxtəlif nahiyələrinin II və III dərəcəli texniki yanığı diaqnozu ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda müalicə olunan iki uşaq anası Nigar Hüseynovanın vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov