Lənkəranda eyni supermarketdən 2-ci dəfə oğurluq edilib - REAL GÖRÜNTÜ

Lənkəranda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində yerləşən marketdə qeydə alınıb. İki nəfər maskalı şəxs ticarət obyektinin qapısını sındırmaqla içəri daxil olub və oradan 130 manat nağd pulu, mobil telefon simkartlarını və 10 blok siqareti, ümumilikdə 3000 manatlıq malı götürərək qaçıblar. Oğruların hərəkətləri supermarketdə quraşdırılmış nəzarət kamerasına düşüb. 

 

Hadisə ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda sözügedən oğurluqda əli olan şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır.

 

Qeyd edək ki, eyni supermarketdə bir müddət əvvəl də oğurluq hadisəsi qeydə alınmışdı.

 

Müəllif | Apa.Tv