Zaqatalada minik avtomobili yandı

Zaqatalada minik avtomobili yanıb. APA TV-nin məlumatına görə, hadisə dekabr ayının 28-si axşam saat 21 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala şəhər sakini, 27 yaşlı Bayram İlham oğlu Vəliyev  idarə etdiyi “VAZ  2109” avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən maşın qəfildən alovlanaraq yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları tam yanıb, maşın yararsız hala düşüb. Yanğın zamanı sürücü Bayram Vəliyev xəsarət almayıb.

 

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov