MN: Atəşkəs rejimi 62 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 62 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.


Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Baş Qərvənd, Şirvanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv