İŞİD iranlı generalı İraqda öldürüb

İŞİD terror təşkilatının üzvləri iranlı generalı öldürüb. APA TV-nin xəbərinə görə, İranın İnqilab Keşikçiləri Korpusu - SEPAH-ın komandirlərindən general Həmid Təkavi İraqın Samirə şəhərində vurulub. Generalın İŞİD terrorçularına qarşı döyüşən İraq ordusuna və xalq birliklərinə təlim keçərkən terrorçular tərəfindən öldürüldüyü bildirilir.

 

Həmid Təkavinin İran-İraq müharibəsində SEPAH-a bağlı Ramazan Qərargahı komandanlarından olduğu qeyd olunur. İranlı general üçün Tehranda dəfn mərasimi təşkil olunacaq, daha sonra doğulduğu Əhvaz şəhərində dəfn ediləcək.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı