Naməlum kişi özünü Qız Qalasından atıb

Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Qız Qalasında baş verib. Naməlum kişi Qız Qalasından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv