Polis rəisinin müavini və oğlunu güllələyənə ömürlük həbs cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisinin müavinini və onun oğlunu güllələyən Gülağa Lətifovun məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Gülağa Lətifov ömürlük azadlıqdan məhrum edilib.

 

Bu il fevralın 23-də Sabunçu qəsəbəsində əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

 

Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Müəllif | Apa.Tv
Apa.tv