Astarada ər arvadını amansızlıqla qətlə yetirib - TƏFƏRRÜAT

Astarada dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı İsmayıl Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşı, 31 yaşlı Aytən Nurullayevanın başına əvvəlcə dəmir boru ilə bir neçə ağır zərbə vurub. Zərbənin təsirindən qadının başı əzilib. Daha sonra ər yerdə qan içində çabalayan arvadının ürəyinə çoxsaylı bıçaq zərbələri endirib. Aytən Nurullayeva aldığı çoxsaylı xəsarətdən hadisə yerində ölüb.  

 

Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar. Qadının meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Hadisəni törətmiş İsmayıl Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İlkin versiya kimi qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 

Qeyd edək ki, cütlük 15 il öncə ailə həyatı qurub. Ailənin 3 övladı var.

 

Müəllif | Apa.Tv