İlin son günlərinin HAVA PROQNOZU

Azərbaycanda ilin son günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-15 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 isti, gündüz 8-13 dərəcə isti olacaq. Dekabrın 31-də isə Bakıda və Abşeron hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluğunun artacağı gözlənilir. Səhər zəif duman olacaq. Şimal-qərb küləyi gündüz bir qədər güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq. Dekabrın 31-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Axşam şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir bir qədərgüclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 15 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq. Tibbi meteroloji proqnoza gəlincə, dekabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün əsasən əlverişlidir. Dekabrın 31-i və yanvarın 1-də xəzri küləyinin güclənməsi gözlənilsə də, oksigenlə zəngin və təmiz hava müsbət amildir.

 

Müəllif | Apa.Tv
Apa.tv