Bakıda faciə: azyaşlı qız evdə yanaraq ölüb - YENİLƏNİB

Bakıda yaşayış evi yanıb, 2 yaşlı uşaq yanaraq ölüb. Hadisə Ramana qəsəbəsi, Elşən Məhərrəmov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Yanğın nəticəsində Ümid Əliyevə məxsus sahəsi 50 kv/m olan 1 mərtəbəli ev tamamilə yanıb. APA TV-nin xəbərinə görə, Yanğın kəşfiyyatı zamanı mənzildən 2012-ci il təvəllüdlü Zeynəb Ümid qızı Əliyevanın yanmış meyiti aşkarlanıb.

 

Qonşuların verdiyi məlumata görə, hadisə elektrik sobasının aşıb döşəməni yandırması nəticəsində baş verib. Bundan əvvəl də həmin evdə kiçik həcmli yanğının olduğu, ancaq vaxtında xəbər tutulduğundan söndürüldüyü bildirilir.

 

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı