Salyanda 15 yaşlı qız dəm qazından boğulub

Salyanda dəm qazından boğulma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən saat 21.30 radələrində şəhərin Ənnağı Hüseynov küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Sevanə Nəbiyeva hamamda dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı