Ebola virusu Şotlandiyaya çatdı

Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 20 mini ötüb. APA TV-nin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 29-da məlumat yayıb. Ebola virusundan ölənlərin sayı isə 7842-yə çatıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb.

 

Eyni zamanda Şotlandiyada ilk Ebola virusuna yoluxma faktı qeydə alınıb. Şotlandiya hökuməti yoluxma faktını təsdiqləyib.

 

Virusa yoluxmuş tibb işçisi bu yaxınlarda Sierra-Leonedən qayıdıb.  O, Qlazqo şəhərinin xəstəxanalarından birinə yerləşdirilib və ciddi nəzarət altında saxlanılır. Həkimlər xəstəliyin erkən dövrdə aşkarlandığını bildiriblər.

 

Müəllif | Apa.Tv