BMT: Ukraynada ölənlərin sayı 4771 nəfərə çatıb

Ukraynanın şərqində silahlı münaqişə nəticəsində 4771 nəfər həlak olub.  APA TV-nin məlumatına görə, bu haqda BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.

 

“Bu il Ukraynada münaqişə vaxtı 4 771 nəfər ölüb. Bura Malayziya təyyarəsində həlak olmuş 298 sərnişin də daxildir. Yaralıların sayı isə 10 360 nəfərdir”, - deyə hesabatda bildirilir.

 

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq, pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur.

 

Müəllif | Apa.Tv