Qəzaya uğrayan bərədən 427 nəfər xilas edildi

İtaliyaya məxsus “Norman Atlantic” bərəsində baş verən yanğın nəticəsində 8 nəfər ölüb. Xilasetmə əməliyyatı zamanı 53-ü Türkiyə vətəndaşı olmaqla 427 nəfəri xilas etmək mümkün olub. 40 nəfərin isə itkin düşdüyü bildirilir.

 

Xatırladaq ki, dekabrın 28-də Yunanıstanın Patra şəhərindən İtaliyanın Ankona limanına üzən bərədə güclü yanğın baş verib. Yanğının hansı səbəbdən baş verdiyi hələ də məlum deyil.

 

Müəllif | Apa.Tv