Qaradağda zəncirvari qəza: xəsarət alan var

Bakının Qaradağ rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax magistralının 12-km də qeydə alınıb. Asif  İbrahimov idarə etdiyi "Volqa" markalı avtomobillə Ələt istiqamətində  hərəkətdə olarkən geriyə dönərək əks yola keçmək istəyib. Bu zaman  arxadan gələn Şamil Bayramovun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu "QAZ 31"ə, Faiq Əzizovun idarə etdiyi yük maşını isə sərnişin mikroavtobusuna çırpılıb. Baş verən qəzada "Mercedes"də olan sərnişin  müxtəlif  bədən xəsarətləri alıb. Əraziyə Qaradağ Rayon Yol Polisinin əməkdaşları və təcili tibbi yardım maşını çağırılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb sürücü Asif İbrahimovun  yolun qadağan olunmuş hissəsində dönmə əməliyyatını həyata keçirmək istəməsi olub.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv