Səbaildə "Nissan" "Chevrolet"lə toqquşub

Ötən gecə paytaxtın Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza rayonun Neftçilər prospektində qeydə alınıb. Prospektdə Azneft dairəsi istiqamətində hərəkətdə olan Samir Usubovun idarə etdiyi "Nissan" markalı avtomobilin idarəetmədən çıxıb, eyni istiqamətdə hərəkətdə olan Bayram Dadaşova məxsus "Chevrolet"lə toqquşub. Zərbənin təsiri nəticəsində avtomobil səkini keçərək piyada yoluna çıxıb. Hadisə zamanı sürücülər xəsarət almayıb. Buna baxmayaraq əraziyə təcili tibbi yardım gələrək sürücüləri müayinə edib. Qəzaya səbəb kimi isə ara məsafəsinin saxlanılmaması göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv