Tovuzda məktəb binası yanıb

Tovuzda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Yanıqlı kəndində Təhsil Nazirliyinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan birmərtəbəli məktəb binasının 2 sinif otağı və dəhlizin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli