Bakının mərkəzində "Shaqman" 6 maşını əzib, mağazaya çırpıldı - GÖRÜNTÜ

Bakıda yeddi nəqliyyat vasitəsinin əzilməsinə səbəb olan zəncirvarı qəza baş verib, şəhərin mərkəzində tıxac yaranıb. APA TV-nin xəbərinə görə, Səbail rayonu ərazisində “Shacman” markalı ağırtonnajlı maşın bir yük, bir neçə minik avtomobilini yararsız hala salaraq mağazaya çırpılıb. Yeddi avtomobilin zərər gördüyü zəncirvarı qəzada xəsarət alan olmayıb. Avtomobillərə və mağazaya ciddi ziyan dəyib.

 

Qəza nəticəsində yaranan tıxacı aradan qaldırmaq üçün "Shacman" hadisə yerindən aparılıb. Digər avtomobillər isə yol kənarına çəkilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı