Balakəndə həkim kənd sakinini vurub öldürdü

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qızası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən  verilən məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 137-ci kilometrliyində, Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü, Balakən rayon sakini Elşən Sahib oğlu Kərimov idarə etdiyi “Toyota Prado” markalı 90 VF 141 dövlət nömrə nişanlı avtomobillə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada,  1969-cu il təvəllüdlü, Balakən rayonu Katex kənd sakini Abdulsaleh Sədrəddin oğlu Xodayevi vurub. Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən  xəsarətləri  alan piyada sürücü tərəfindən digər bir avtomobillə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda keçinib. Məlumatda bildirilir ki, sürücü Elşən Kərimov Balakən RMX-nın həkimidi.
 

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv