Zərdabda dəhşətli qətl: Yoxa çıxan gəncin başı kəsilmiş meyiti tapıldı

Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb. Rayon Polis şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb. Məlumata görə, Rəşad Zeynalov dünən axşam saatlarında yoxa çıxıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil. Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Rəşad Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.
 

Müəllif | Apa.Tv
Apa.tv