İtən təyyarə dənizə düşüb, 40 nəfərin meyiti tapılıb

İndoneziyada yoxa çıxan sərnişin təyyarəsinin qəzaya uğradığı ərazi aşkarlanıb. Yava dənizindən təyyarədə olan 40-dan çox sərnişinin meyiti çıxarılıb. Bu barədə axtarış əməliyyatın keçirildiyi ərazidən "Frans-Press"ə məlumat verilib. APA TV-nin xəbərinə görə, aşkarlanan meyitlərin sayı artacaq.

 

Xatırladaq ki, radarlardan itən təyyarə 2 gün öncə qəzaya uğrayıb. Bundan əvvəl ekipajın son dəfə rabitəyə çıxdığı ərazidən 10 kilometr aralıda təyyarənin qalıqları və 6 nəfərin meyiti tapılıb. Ehtimallara görə, təyyarə İndoneziyanın Belitunq adası yaxınlığında qəzaya uğrayıb. Laynerin göyərtəsində 162 nəfər - 7 ekipaj üzvü, 155 sərnişin olub. 

Müəllif | Apa.Tv
Apa.tv