Fikrət Məmmədov Balakəndə vətandaşları qəbul edib
Ədliyyə naziri Fikrət Məmmədov Balakəndə vətandaşları qəbul edib. APA TV-nin məlumatına görə, Balakən Rayon Mədəniyyət mərkəzində təşkil olunan qəbulda nazir Fikrət Məmmədov Balakən, Qax və Zaqatala rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər məsələlər ilə bağlı müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.