Gədəbəydə 7 yaşlı uşaq qəza törətdi və dünyasını dəyişdi
Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsində 7 yaşlı oğlan həyatını itirib. "Vesti.az"ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, qəza rayonun Gərgər kəndi ərazisində qeydə alınıb. Avtomobilin sahibi Şahin Əsgərov sükanı 7 yaşlı bacısı oğluna verib. Nəticədə "VAZ 2107"ni aşıran azyaşlı - Eltac Əliyev hadisə yerində ölüb. Qəza ilə bağlı araşdırma aparılır.