Hikmət Cavadov: "Donetsk və Luqanskdan nə qədər azərbaycanlının köçdüyü məlum deyil"
"Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaşayan azərbaycanlılarla mütəmadi olaraq əlaqə saxlanılır".
APA TV-nin xəbərinə görə, bunu Ümumukrayna Birləşmiş Diasporunun sədri Hikmət Cavadov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, baş verən hadisələrlə bağlı nə qədər azərbaycanlının bu əraziləri tərk etməsinə dair konkret rəqəm yoxdur: "Ukraynanın Donetsk və Luqansk vilayətlərində gedən hərbi münaqişə oradakı vətəndaşlara, o cümlədən Ukraynada yaşayan azərbaycanlılara da təsirini göstərib. Lakin həmin vilayətlərdən köçənlərin bir çoxu Ukraynanın digər şəhərlərinə gedir. Amma mütəmadi olaraq onlarla əlaqə saxlayırıq. Bu o demək deyil ki, Donetsk və Luqansk vilayətində yaşayanların hamısı oradan köçüb. Orada yaşayanlar var. Mütəmadi olaraq onlarla əlaqə saxlanılır və onların hüquqlarının qorunması üçün normal yaşayışın təmin edilməsi üçün əlimizdən gələni edirik".
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iştirakı ilə bir qrup diaspor təşkilatları nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.