Siyəzəndə bədbəxt hadisə: işçinin əli aparata düşdü
Bu gün gündüz saatlarında Siyəzən rayonunda yerləşən quşçuluq sexində bədbəxt hadisə baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədov Faiq Məmməd oğlunun əli eleqator adlanan aparatda sıxılaraq qalıb. Müxtəlif sınıq xəsarətləri alan şəxs Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra F. Məmmədov paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.