Xırdalanda narkoman taksi sürücüsü yaxalanıb
Abşeron polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, polis əməkdaşları Xırdalan şəhər sakini İsmayılov Kənan Hacıbaba oğlunu şübhəli şəxs qismində polis şöbəsinə aparıblar. Müstəntiq Eldəniz Əsgərov deyib ki, onun üzərinə baxış keçirilərkən təxminən yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
Əvvəllər məhkum olunan Kənan İsmayılov narkotik vasitəni 100 manata aldığını bildirib
Kənan İsmayılov ailəlidir, iki övladı var. O, Xırdalan şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu deyib. Sərnişin daşıyan taksi sürücüsü bir müddətdir, narkotikdən istifadə etdiyini, yarım kiloqrama yaxın marixuananı da şəxsi istifadəsi üçün aldığını bildirib.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.