Bərdədə ev yanıb: 1 yaralı

Bərdə şəhərində səhər saatlarında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin, 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin oğlu yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv