Bəşər Əsəd Yeni ili səngərdə qarşılayıb - REAL GÖRÜNTÜ
Suriya prezidenti Bəşər Əsəd yeni il gecəsini paytaxt Dəməşqin şərqində - terrorçulara qarşı döyüşən hökumət qüvvələrinin əsgərləri ilə bir yerdə qarşılayıb. O, əsgər və zabitləri Yeni İl münasibətilə təbrik edib, onlara terrorçuluğa qarşı apardıqları mübarizəyə görə təşəkkürünü bildirib. Suriya televiziyası bu kadrları vətənpərvlik mahnıları fonunda yayımlayıb. Prezident hərbçiləri salamladıqdan sonra onlarla bərabər yemək yeyib. APA TV-nin məlumatına görə, Bəşər Əsəd həm də Suriya Hərbi Qüvvələrinin Ali Baş Komandanıdır və ölkə mətbuatının xəbərlərinə görə, o, əsgərlərdə döyüş əhval-ruhiyyəsini yüksəltmək üçün onları tez-tez ziyarət edir. Xatırladaq ki, yalnız ötən il ölkədə baş verən hadisələr nəticəsində Suriyada 76 mindən çox insanın öldüyü bildirilir ki, onların da yarısı dinc sakinlərdir.