İsmayıllıda ağır qəza: 4 yaralı

İsmayıllı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrliyində, Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdaş sakini, 1971-ci il təvəllüdlü Arif Babayevin idarə etdiyi “VAZ 2110” markalı minik maşını qarşı tərəfdən gələn İsmayıllı sakini, 1987-ci il təvəllüdlü Fariz Ağayevə məxsus ”Opel” markalı maşınla toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və “Opel” markalı maşındakı 2 nəfər sərnişin - 1988-ci il təvəllüdlü Gülşən Babayeva və 2000-ci il təvəllüdlü Həmid Babayev xəsarət alaraq, İsmayıllı Mərkəzi RayonXəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov