"Financial Times": Bu il neftin qiyməti 50 dollardan aşağı olacaq
Bu il ərzində neftin 1 barelinin qiyməti 50 dollardan aşağı düşə bilər. APA TV-nin məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti yazıb. Neftin kəskin ucuzlaşmasına iki səbəb göstərilir. Birinci səbəb kimi ABŞ-ın şist qaz hasilatının artıracağı ilə izah olunur. Təxmin edilir ki, Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri ABŞ-ın bu addımına cavab vermək iqtidarında deyil. İkinci səbəb isə bazardakı tələbin keçən ilin ikinci yarısında olduğu kimi az olmasıdır.