MN: Atəşkəs rejimi 86 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub.

 

APA TV Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan və Vosqepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

 

Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Minəxorlu, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv