Kürdəmirdə qanlı mübahisə: 19 yaşlı oğlan qətl törətdi
Kürdəmirdə 29 yaşlı rayon sakini qətlə yetirilib. Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Nurani Ağaxan oğlu Məlikov aralarında yaranan münaqişə zəminində həmkəndlisi, 1985-ci il təvəllüdlü Elnur Zeynalovu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı araşdırma aparılır.