Son iki gündə Təcili Tibbi Yardıma müraciətlərin sayı artıb

Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, adi günlərdə təcili yardım stansiyasına 1700-1800 civarında müraciət daxil olurdusa, dekabrın 31-i və yanvarın 1-də müraciətlərin sayı 2000-ə yaxın olub. Oqtay  Şahmalıyev bildirib ki, çağırışlar adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub. Onun sözlərinə görə, müraciətlərin 200-ü uşaqlarla bağlı olub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv