Yeni ilin ilk günü özünü dənizə atan qadının fotosu yayıldı

Ötən gün özünü dənizə atan şəxsin fotoları yayılıb. Səbail Rayon Prokurorluğunundan APA-ya verilən məlumata görə, yanvarın 1-də Milli Parkda özünü dənizə ataraq intihar edən qadının kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib. Şəkildə olan şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsinə 437-02-02 və 39-cu Polis bölməsinə 498-02-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.
 

 

 

Müəllif | Apa.Tv
Apa.tv