Rayonlarda qar yağacaq

 

Yanvarın 3-də Bakı və Abşeron yarımadasında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Sabah Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacaq olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv