Avstraliyada meşə yanğınları: 2 min hektar ərazi kül oldu

Cənub yarımkürəsində yaz mövsümünün ən isti günlərini yaşayan Avstraliyanın cənubundakı meşə yanğınları hələ də nəzarət altına alınmayıb. APA TV-nin məlumatına görə, Viktoriya başda olmaqla üç əyalətdə yanğın söndürmə işləri fasiləsiz davam edir.

 

Şiddətli külək işləri çətinləşdirir. Yanğınlara görə yaşayış evləri boşaldılıb. 40 dərəcəyə çatan isti səbəbindən alov qısa müddət ərzində geniş əraziyə yayılır.
 

Viktoriya əyalətində təxminən iki min hektar meşə ilə örtülü sahənin kül olduğu bildirilir. Bölgəyə giriş və çıxışlar yanğınsöndürmə və təhlükəsizlik əməkdaşlarından başqa hamıya qadağan olunub.

 

Müəllif | Apa.Tv