Goranboyda qohumlar arasında mübahisə qanlı sonluqla bitdi: 1 ölü

Goranboyda iki nəfərin mübahisəsi qanlı sonluqla nəticələnib. APA TV-nin məlumatına görə, hadisə gecə saatlarında Goranboy rayonunun Baxçakürd kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Quliyev Zaur Muxtar oğlu öz qohumu, rayonun Dəyirmançı kənd sakini, 1977-ci il təvəllüdlü Avazov İsrafil Avaz oğlunu bıçaqlayıb.

 

Bıçaqlanan Avaz Avazov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda keçinib.
 

Kənd sakinlərindən verilən məlumata görə, hadisə mübahisə zəminində baş verib. 
 

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, hadisənin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli