Abşeronda döyüş sursatları tapıldı

Abşeronda istifadəyə yararlı döyüş sursatları tapılıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə yol kənarından döyüş sursatlarının tapılması ilə bağlı məlumat daxil olub.

 

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aşkarlanmış sursatlara baxış keçirilib. Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib. Digər növ şübhəli əşya aşkar edilməyib. 
 

 

Müəllif | Apa.Tv