Kobanidə 2015 mənzərəsi - DÖYÜŞLƏR DAVAM EDİR

Suriyanın Kobani şəhəri 2015 ilə şiddətli döyüş və hava hücumları ilə girib. APA TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) təşkilatına aid mövqelərə beş ayrı nöqtədən hücum təşkil edib. Hücumlarda İŞİD-ə aid 5 binanın vurulduğu qeyd edilir. Hava əməliyyatlarından sonra peşmərgələr şəhərin şərq və cənub bölgələrini tutublar. Peşmərgə Qüvvələri komandanı Şövkət Muziri şəhərin 80 faizinin kürdlərin əlinə keçdiyini deyib. 

 

Qeyd edək ki, təxminən 3 aydır şiddətli döyüşlərin getdiyi Kobanidən qaçan yüz minlərlə insan Türkiyəyə sığınıb.

 

Müəllif | Apa.Tv